Kişi-qadın münasibətlərində ideal yaş fərqi necədir?

İngiltərədə aparılan araşdırmaya görə, kişinin qadından 4 il 4 ay böyük olması cütlüklər arasında münasibətlərin ən idealıdır.

Məlumata görə, araşdırmaçılar kişilərin qadınlardan 52 ay böyük olmasının münasibətləri gücləndirdiyini sübuta yetiriblər.

Cütlük arasındakı ən ideal yaş fərqini tapmaq üçün onlar 2000 qadın arasında sorğu keçiriblər. Nəticədə məlum olub ki, münasibətləri davam etdirmək üçün ən ideal yaş fərqi 52 aydır.

Sorğuda iştirak edən qadınların yalnız 1 faizi seçdikləri kişinin yaşda kiçik olmasını istədiklərini bildirib.


Davamı →

Kişi və qadınları daha çox nə qıcıqlandırır?

kişi və qadın
Britaniya mütəxəssisləri kişilərdə qadınları və qadınlarda kişiləri qıcıqlandıran səbəblərin siyahısını hazırlayıblar.

Belə ki, kişilər daha çox qadınların fikirlərini birbaşa ifadə etmələrindən qıcıqlanırlar.
Keçirilən sorğu nəticəsində aydın olub ki, kişilərin 50%-i sevdikləri xanımın fikir və istəklərini birbaşa deməmələrindən qıcıqlanırlar. 

Qadınlar arasında keçirilən sorğu nəticəsində aydın olub ki, onları ən çox qıcıqlandıran amil həyat yoldaşlarının paltarlarını hara gəldi ataraq evdə paltar zənciri yaratmasıdır. 

əllif: Muza E.F.

 


Davamı →

Kişiləri dəli edən 50 səbəb

dəli oluramBiz qadınların hansı hərəkətlərinin kişilərin xoşuna gəlmədiyini bilirsinizmi?
Ərinmədim, ətrafımda olan kişilərdən “Bir qızda/qadında xoşunuza gəlməyən cəhətlər hansılardır?”- deyib soruşdum.
Demək olar ki, hamısı aşağıdakı xüsusiyyətləri saydılar.
Bəzilərinə çox hirsləndim, “elə bil, siz də eyni şeyləri eləmirsiz heç?!” deyə içimdə fikirləşdim. Amma obyektiv olacağıma söz verdiyim üçün kişilər nə dedilərsə hamısını yazdım.
Buyurun, kişilərin bizdə xoşları gəlməyən və hətta bəzən onları dəli edən 50 səbəb. Oxuyaq və qeydlərimizi alaq.

1. “Danışmalıyıq” sözü ilə başlayan cümlələriniz (Oğlanların fikrincə, bu cümlə münasibətlərdə ilk sızıntıların meydana gəlməsinin siqnalıdır).


Ardı →

Qadınlar haqda 10 sirr

Niyə onlar səbəbsiz ağlayırlar?
Əslində heç bir qadın səbəbsiz yerə ağlamır..sadecə ürəyində narahatçılığları var, ya da nəyəsə görə narahat olurlar və istəyirlər ki buna fikir verilsin..və əgər siz sakit ağlamağa fikir verməzsəniz, onda qışqırıqlar əlavə olunacaq. O zaman siz mütləq vicdan əzabı çəkməli olacaqsınız… Və o arzu olunan nəticəyə nail olacaq.

Niyə onlar həmişə soruşurlar: «Sən məni sevirsən?»
Bəzən məhz ona görə ki, bunu eşitmək istəyirlər, çünki siz çoxdan bunu demirsiz… Bəzən isə elə olur ki, qadın nədənsə şübhələnməyə başlayır, ona görə istəyir ki, məhz siz onun şübhələrinə son qoyasız. Axı qucaqlamaq onu özünə sıxmaq və “Bəli, səni sevirəm əzizim” demək tamamilə çətin deyil… ama bunu eliyib nə qədər problemdən qaçmaq olar…
Ardı →

Qadın sənə baxanda nə fikirləşir?

Bəzən kişilər qadınların onlar haqqında nə fikirləşdiyini ağıllarına belə gətirmirlər. Ancaq unutmaq olmaz ki, qadınlar kişilərə nisbətdə çox diqqətlidirlər və hər şey başqa gözlə baxırlar. Hörmətli kişilər, məsləhətlərə qulaq assanız yanılmazsınız.

-Əgər sizin evdə kitab yoxdursa, qadın dərhal fikirləşəcək: “Bu savadsız və anlayışsız adamdır”. Xanımın belə düşünməməsi üçün siz evə bir neçə kitab alıb qoymalısınız. Ancaq evdə kitabxana yaratmağa ehtiyac yoxdur.
Davamı →

Kişilər qadını seçərkən

Kişilər öz şəhvani instinktlərinə söykənərək qadın seçmək istədikdə, özləri də istəmədən tünd xasiyyətli və lovğa partnyorlara “tuş gəlirlər.” Texas ştatının professoru Devendra Singh iddia edir ki, kişilər qadınların ən çox bel və omba nahiyələrinə diqqət edirlər – bu isə, “seksual cazibə indeksi” adlanır. Araşdırmalar göstərir ki, kişilər bu qəbildən olan fiziki xassələri qadınların “keyfiyyət nişanı” hesab edirlər. Dolu bədənli xanımlar da diqqətdən kənarda qalmır, lakin onların vücudu mütənasib və simmetrik olmalı, bədənin qatları büküklərlə müşayiət olunmalıdır. əks halda, kişilər onlara fikir verməyəcək. Bütün bunlarla yanaşı, bəhs etdiyimiz məsələnin müsbət cəhətləri də az deyil.

Kişilərin qadın gözəlliyinə olan qavrayışında gözə çarpan mühüm amillərdən biri qadının döşləridir. Burada əslində paradoks var – qabarıq döşlərə malik qadınlar bununla fəxr edir. əksinə, döşlər yastı və yöndəmsiz olduqda isə plastik müdaxilə labüdləşə bilər… Bu zaman, sual ortaya çıxır. Ən mühüm analıq instinkti olan döşlərin süni şəkildə böyüdülməsi onlara nələr hiss etdirir?


Ardı →

Azərbaycanda kişilər qadınlardan çəkinir?

«Tanrı qadınları gözəl yaradıb ki, kişilər onları sevsin və axmaq edib ki, onlar kişiləri sevə bilsinlər» (Faina Ranevskaya)
«Qadın Aristotel deyil», — bunu qadınların intellektinə inanmayan, amma xislətən zəif kişi söyləyəcək.


Biliyini irəli verib, ağıllı olduğunu göstərmək istəyən kişi isə qədim hindusların deyimini xatırlayacaq: «Gərəksiz gərəkli, mümkünsüz mümkün, yeyilməyən dadlı təsiri bağışlayır. Qadın sözləri ilə oturub-duran kişi belədir».
Lakin onu da unutmayaq ki, qədim romalılar deyərdilər: «Qadınlar təbiətdən, kişilər isə kitabələrdən ağıllıdır».
Gerçəkdən də, qadınların intellektual qabiliyyətinə münasibət baxımından kişilərin mövqeləri çox fərqlidir.


Ardı →

Kişidən qurtulmağın 11 yolu

Oğlandan birdəfəlik ayrılmaq üçün effektiv məsləhətlərin siyahısı. Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, qızlar dözülməz münasibətlərə son qoymaq istəyirlər. Ən asan çıxış yolu — qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir. Deyə bilərsən ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini eşidən partnyorlarının reaksiyasından qorxurlar.

1.Müqayisə et. Partnyorunuzu mütəmadi olaraq əvvəlki sevgilinizlə və ya başqa kişi dostlarınızla müqayisə edin. Bu zaman ona çatışmayan cəhətlərini göstərərək yeni, ona xas olmayan davranış xətti təlqin edin.


Ardı →

Kişilərin eşitmək istəmədiyi 10 ifadə

  • Qadın
Bütün kişilər gözəl sözlər eşitmək istəyir. 
İstər qadınlardan, istər dostlarından, istər müdirlərindən, istər yol polisindən...
Amma bəzən istədiklərini eşitmirlər. 

1- «Bu gecə olmaz»
Qadınların kişilərə verəcəyi ən böyük cəzalardan biri yataqla bağlıdır. Kişilər «bu gün olmaz» ifadəsinə nifrət edirlər.
Ardı →

Kişi yalanları

  • Qadın
«Səni sevirəm», «Sənə zəng edəcəyəm»
Heç şübhəniz olmasın ki, kişilər yalan danışır. Məsələn, hansı kişi «Beş dəqiqə sonra evdəyəm» demir, barda yenicə içki içməyə başladığı saatlarda… Ya da hansı kişi həyat yoldaşını aparmadığı yemək dəvətindən sonra «Qonaqların həyat yoldaşları ilə birlikdə gələcəyini bilmirdim» — demir...
Dürüst olmaq lazım gələndə, hekayətlər quraşdırmaq qaneedici ola bilər. Amma bunun özümüzü aldatmaqdan başqa bir işə yaradığını deyə bilmərik. Xanımlar, elə isə möhkəm dayanın! Sizin üçün kişilərin ən sıx müraciət etdikləri yalanları deşifrə edirik!
Ardı →